Təcili yardım zəngləri
Mühüm: Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz
şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış
funksiyaları istifadə edərək işləyir. Əgər cihazınız internet vasitəsilə səs zənglərini
dəstəkləyirsə (internet zəngləri), həm internet zənglərini və həm də mobil telefonu
aktivləşdirin. Hər ikisi aktivləşdirildikdə cihaz həm mobil şəbəkə, həm də internet ilə
təcili zəng etməyə çalışacaqdır. Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi
yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın.
Cihazınızdan asılı olaraq, aşağıdakıları tamamlamalı ola bilərsiniz:
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
34
● Cihazınıza SİM kart daxil edin.
● Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng məhdudiyyətlərini götürün.
● Qoşulu olmayan və ya uçuş rejimi profilini aktiv profillə dəyişdirin.
2. Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa
çatdırma düyməsini basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri
ərazidən asılı olaraq fərqlənir.
4. Zəng düyməsini basın.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə
yerində sizin simsiz cihazınız yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə
verilənədək zəngi bitirməyin.