11. Qalereya
Sizin telefon qəbul olunan tərkibi qorumaq üçün rəqəmli hüquqların idarəsi (DRM)
sistemini dəstəkləyir. İstənilən məzmunun və aktivasiya açarın çatdırılma qaydalarını
onların qəbulundan əvvəl həmişə yoxlayın çünki onlar ödənişli ola bilər.
Rəqəmli (müəllif) hüquqların idarəsi
Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü
qorumaq məqsədi ilə Rəqəmli hüquqlar idarəsinin (RHİ) müxtəlif texnologiya
növlərindən istifadə edə bilər. Bu cihaz RHİ tərəfindən qorunan tərkibə daxil olmaq
üçün RHİ proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla WMDRM 10,
OMA DRM 1.0, OMA DRM 1.0 qabaqcıl kilid və OMA DRM 2.0 ilə qorunan tərkibə daxil
ola bilərsiniz . Əgər hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin
sahibləri bu kimi RHİ proqramının yeni RHİ tərəfindən qorunan tərkibə daxil olmasının
ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHİ proqramının ləğv edilməsi artıq sizin
cihazınızda RHİ tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ
proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə,
və ya RHİ tərəfindən qorunmayan tərkiblərə təsir etməyəcək.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib birgə fəallaşdırma düyməsi
vasitəsilə görünür ki, bu da tərkibdən istifadə etmək üçün Sizin hüquqlarınızı
müəyyənləşdirir.
Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə, aktivləşdirmə kodları və tərkibin
nüsxəsini çıxarmaq üçün Nokia PC Suite proqramının nüsxə çıxarma funksiyasından
istifadə edin. Digər ötürmə metodları ola bilsin ki, cihazın yaddaşını formatladıqdan
sonra Sizin üçün OMA DRM istifadəni davam etmək imkanına malik olmaq üçün
ötürüləsi tərkibi aktivləşdirmə kodlarını köçürməsin. Siz həmçinin cihazınızdakı
faylların pozulduğu təqdirdə fəallaşdırma düymələrini bərpa etməli ola bilərsiniz.
Operator menyusu
© 2008 Nokia. Bütün hüquqlar qorunur
24
Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması
zamanı fəallaşdırma kodları və tərkib itiriləcək. Sizin cihazınızdakı faylların pozulması
zamanı da fəallaşdırma düymələri və tərkibdən məhrum ola bilərsiniz. Fəallaşdırma
düymələri, və ya tərkibi itirmək Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək
imkanınızı məhdudlaşdıra bilər. Daha geniş məlumat almaq üçün Sizə xidmət göstərən
müəssisə ilə əlaqə saxlayın.
Qovluqları nəzərdən keçirmək üçün Menyu > Qalereya seçin.