Nokia 5130 XpressMusic - Multimedia mesajları

background image

Multimedia mesajları

Multimedia mesajları mətn, şəkillər və səs yaxud video kliplərdən ibarət ola bilər.
Yalnız müvafiq elementləri olan cihazlar multimediya mesajlarını qəbul edə və ekranda

nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.
Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü məhdudlaşdıra bilər. Daxil edilmiş şəkil bu

limiti aşırsa cihaz onu MMS-lə göndərilə biləcək ölçüyə qədər balacalaşdıra bilər.

Mühüm: Mesajları ehtiyatla açın. Mesajlarda zərərli proqramlar və ya sizin cihaz

və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.
Multimedia mesaj xidmətinin (MMS) mövcudluğu və ona abunə olmaqla əlaqədar

olaraq xidmət təminatçınız ilə əlaqə saxlayın. Siz həmçinin konfiqurasiya parametrlərini

yükləyə bilərsiniz.

Bax "Nokia dəstəyi" s. 9.