microSD kartının daxiledilməsi
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan microSD kartları
istifadə edin. Nokia yaddaş kartları üçün təsdiqlənmiş sənaye standartlarından istifadə
edir, amma bəzi kart modelləri bu cihaza tam uyğun olmaya da bilər. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda
saxlanılan məlumat pozula bilər.
Telefonunuz 2 QB qədər həcmə malik olan microSD kartlarını dəstəkləyir.
1. Yaddaş kartı oyuğunun qapağını açın.
2. Kartı kontakt səthinin üzüyuxarı olduğu vəziyyətdə yaddaş kartının oyuğuna daxil
edin və kart yerini möhkəm tutana qədər üzərinə basın.
3. Yaddaş kartı oyuğunun qapağını bağlayın.