Klaviatura kilidi
Təsadüfi düymə sıxılmalarının qarşısını almaq üçün Menyu seçin, və 3.5 saniyə
ərzində klaviaturanı kilidləmək üçün * basın.
Klaviaturanın kilidini açmaq üçün Kilidi aç seçin, və 1.5 saniyə müddətində * sıxın.
Klaviaturanın bağlanması funksiyası işə düşübsə, tələb olunan vaxt təhlükəsizlik
kodunu daxil edin.
Telefon gözləmə rejimində olan zaman ilkin təyin olunmuş vaxt ləngiməsindən sonra
klaviaturanı avtomatik kilidlənməyə nizamlamaq üçün Menyu > Parametrlər >
Telefon > Avtomatik klav. kilidi > Aktivləşdir seçin.
Klaviatura kilidli olduqda zəngə cavab vermək üçün zəng düyməsini basın. Siz zəngi
bitirəndə və ya ondan imtina edəndə, klaviatura avtomatik olaraq kilidlənir.
Cihaz və ya klaviatura kilidləndikdə siz cihazınızda proqramlaşdırılmış rəsmi təcili
yardım nömrələrinə zəng vura bilərsiniz.